Yıldırım: Raqqa əməliyyatı başladı

İyunun 2-dən 3-nə keçən gecə daha əvvəl planlaşdırılan Raqqa əməliyyatı başlayıb. “Yeniavaz.com”un “Habertürk” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, ABŞ bu barədə Türkiyəni əməliyyat başlamazdan öncə məlumatlandırıb. B. Yıldırım ABŞ-ın Raqqa əməliyyatında tətbiq etdiyi metodu qəbul etmədiklərini qeyd edib: “Bu məsələ ilə əlaqədar narahatçılığımızı hər cür səviyyədə bəyan etmişik. ABŞ tərəfi isə bunun seçim deyil, məcburiyyət olduğunu bildirib və Raqqa əməliyyatından sonra PYD/YPG ilə əlaqələrin uzun müddət davam etdirilməyəcyini, taktiki əməkdaşlıq olduğunu vurğulayıb. Bizə lazımı təminatları verdilər. Burada istifadə ediləcək silahların daha sonra ölkəmizdə terror qruplaşmalarının əlinə keçməməsi və terror fəaliyyətləri zamanı təhlükəsizlik qüvvələrimizə, vətəndaşlarımıza qarşı istifadə olunma ehtimalının olmaması ilə bağlı təminat veriblər”.

Baş nazir əlavə edib ki, Ankara prosesi yaxından izləyəcək və müvafiq tədbirlər görəcək: “Bizim dəyişməyən strategiyamız var. Ölkəmizi təhdid edən terror qruplaşmalarının daxildə və ya xaricdə yerləşməsindən, adının nə olmasından asılı olmayaraq, nə qədər terror təşkilatı varsa hamısı bizim üçün eynidir, hədəfdir”.

DİGƏR XƏBƏRLƏR

Top