Tramp Gürcüstan Baş nazirinə məktub göndərib

ABŞ və Gürcüstan arasında tərəfdaşlıq gələcəkdə daha da dərinləşəcək. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, bu barədə prezident Donald Trampın Baş nazir Georgi Kvirikaşviliyə göndərdiyi məktubda deyilir: “ Gürcüstan və ABŞ-ı sıx tərəfdaşlıq və dostluq telləri bağlayır. Sizin ABŞ-a səfəriniz zamanı da biz iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinin beynəlxalq təhlükəsizliyin təmin edilməsində önəmli rol oynadığını vurğuladıq. Bizim dostluğumuz daha böyük perspektivlərə malikdir". Tramp məktubunda Əfqanıstanda, İraqda və digər yerlərdə sülhməramlı missiyalarda uğurla iştirak etdiyinə və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə öz töhfəsini verdiyinə görə Gürcüstana təşəkkür edib.

DİGƏR XƏBƏRLƏR

Top