“S-400”ün alınması üçün Moskva Ankaraya kreditin ayrılması imkanlarını axtarır

Rusiya və Türkiyə “S-400” zenit raket sistemlərinin tədarükü üçün müqavilənin bağlanması üzrə bütün texniki məsələləri razılaşdırıblar. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu “Rostex” dövlət korporasiyasının baş direktoru Sergey Çemezov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumun kuluarlarında jurnalistlərə deyib. Onun sözlərinə görə, hazırda Moskva Ankaraya bu silahların satılması məqsədilə kreditin ayrılması imkanlarını axtarır: “S-400”ə gəlimcə bəli, müzakirələr gedir, texniki tərəfləri yekunlaşdırmışıq, maliyyə hissəsinin müzakirəsi aparılır, Türkiyə tərəfi maliyyə almaq imkanlarını axtarır. Bu məsələ hökumətlərarası səviyyədə olub, çünki yalnız hökumət krediti hökumətlərarası saziş əsasında ayıra bilər. Bilirəm ki, Türkiyə və Rusiyanın Maliyyə nazirlikləri arasında bu cür danışıqlar aparılıb, lakin onların nə ilə başa çatdığını bilmirəm”.

DİGƏR XƏBƏRLƏR

Top