
ABŞ-ın xüsusi prokuroru Robert Müller Prezident Donald Trampın milli təhlükəsizlik üzrə sabiq koməkçisi Maykl Flinnin Türkiyə ilə təmaslarını araşdıracaq. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, R. Müller böyük münsiflər heyətini cəlb etməklə M. Flinnə münasibətdə təhqiqat aparacaq. M. Flinnə qarşı onun Türkiyə hökumətində lobbiçi qismində işi araşdırılır. M. Flinn, həmçinin Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi və D. Trampın Rusiya ilə əlaqələri barədə araşdırmanın fiqurantıdır.
Xatırladaq ki, mayın 17-də Federal Təhqiqat Bürosunun keçmiş rəhbəri (2001-2003-cü illər) və Ədliyyə Nazirliyinin sabiq məmuru olan R. Müller 2016-cı ildə ABŞ prezidenti seçkilərinə “Moskvanın müdaxiləsi” haqqında iş üzrə xüsusi prokuror vəzifəsinə təyin edilib. ABŞ-ın baş prokurorunun müavini Rod Rozenstayn R.Müllerin təyinatı barədə əmr imzalayıb.
Tətbiqimizi yükləyə bilərsiniz