Rusiyada cümə üçüncü istirahət günü ola bilər

Rusiyada 15 ildən sonra üçüncü istirahət günü məsələsini müzakirə etməyə başlamaq mümkün olacaq. “Yeniavaz.com”un RT-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Mərkəzi Bankının sədrinin birinci müavini Sergey Şvetsov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində deyib. Onun sözlərinə görə, yeni istirahət gününün olması şəxsi vaxt üzrə xidmətlərin göstərilməsi ilə bağlı yeni sahələr açacaq. S. Şvetsov bildirib: “Mən əminəm ki, 15 ildən sonra cümə gününün istirahət günü olmasının zərurliyini ciddi müzakirə edəcəyik. Çünki biz tibbi inkişaf etdiririk, əməyin məhsuldarlığı inkişaf edir və bütün bu insanların nə işlə məşğul olacağı ilə əlaqədar sual yaranır”.

DİGƏR XƏBƏRLƏR

Top