Yaponiya Gürcüstan vətəndaşları üçün viza rejimini sadələşdirəcək

Yaxın vaxtlarda Gürcüstan vətəndaşlarının Yaponiyaya getməsi daha asan olacaq. "Yeniavaz.com"un nevvsgeorgia.ge-yə istinadən verdiyi məlumata görə, bu barədə mətbuata açıqlamasında Yaponiya Xarici işlər naziri Fumio Kisida deyib. O Tokioda səfərdə olan gürcü həmkarı Mixail Canelidze ilə görüşünü yüksək qiymətləndirərək iki ölkə vətəndaşları arasında sadələşdirilmiş gedi-gəlişin tətbiq ediləcəyini söyləyib: "Yaponiya ilə Gürcüstan arasında turizm, iqtisadi, energetika, kənd təsərrüfatı və yüksək texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi və bu müstəvidə də müvafiq sənədlərin imzalanması nəzərdə tutulub. Yaponiyalı iş adamları Gürcüstandakı müxtəlif sahələrə sərmayə qoymağa hazırdırlar".

Kisida həmçinin Yaponiyanın Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini xüsusi vurğulayıb: "Yaponiya işğal altında olan Gürcüstan torpaqlarının dərhal azad edilməsini tələb edir".

DİGƏR XƏBƏRLƏR

Top