Vahid Ələkbərov “Lukoyl”dakı payının miqdarını açıqladı

“Lukoyl” neft şirkətinin səhmlərinin 24,8 faizi şirkətin prezidenti Vahid Ələkbərova məxsusdur. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə V. Ələkbərovun özü “Lukoyl” şirkətinin səhmlərinə qoyuluşların perspektivliyi barədə danışarkən deyib. O bildirib ki, özü üçün daha etibarlı sərmayə qoymaq alətini görmür: “Rusiya qanunvericiliyinə əsasən bizim 25 faiz məhdudiyyətimiz var. Elə məndə təqribən bu miqdarda var – 24,8 faiz”.

Xatırladaq ki, V. Ələkbərov 2015-ci ilin yayında başqa rəqəmlər açıqlamışdı. O bildirmişdi: “Mən daim “Lukoyl”un səhmlərini alıram. Lakin məhdudiyyət var. Mən səhm paketini heç vaxt 30 faizədək çatdırmayacağam”. O, həmçinin qeyd etmişdi ki, şəxsi sərvəti yalnız valyuta bazarındakı vəziyyətdən asılıdır: “Kasıblamağım və ya varlanmağım yalnız rublun məzənnəsindən asılıdır”.V. Ələkbərov 2017-ci ilin əvvəlindən 1, milyard dollar itirib, bu, bütün rusiyalı milyarderlər arasında rekord göstəricidir.

“Lukoyl” şirkətinin digər iri səhmdarları vitse-prezident Leonid Fedun (səhmlərin təqribən 10 faizi), “Kapital İFD”nin strukturları (8 faiz), “Lukoil Investment Cyprus” törəmə şirkətdir.

DİGƏR XƏBƏRLƏR

Top