"Jamanak": "Karen Karapetyan dəfələrlə istefa vermək istəyib"

Ermənistanın Baş naziri Karen Karapetyan ilə prezident Serj Sarkisyan arasında davam edən qarşıdurma tədricən açıq müstəviyə keçməkdədir. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə bu barədə "Jamanak" qəzetində gedən məqalədə deyilir: "Hakimiyyətə yaxın dairələrin verdiyi məlumata görə, yeni hökumətin üzvlərinin təyin edilməsi zamanı baş nazirlə prezident arasında ciddi qarşıdurmalar olub. Nəticədə Karen Karapetyan dəfələrlə istefa vermək istəyib. Ona görə də bəzi nazirlərin təyin edilməsi məsələsi xeyli uzanmalı olub. Sarkisyanın məsul vəzifələrə öz yaxınlarını yerləşdirməsinə etiraz əlaməti olaraq Karapetyan azı 26 dəfə tutduğu vəzifəsindən istefa verdiyini bildirib. Ancaq Sarkisyan hər dəfə onu istefa fikrindən daşındıra bilib. Amma tərəflər arasında ziddiyyətlər qalmaqda davam edir".

Yerli politoloqların fikrincə, gələn ilin aprel ayında Moskva Sarkisyanın və ya Karapetyanın Ermənistanı idarə etməsi ilə bağlı çətin seçim qarşısında qalacaq.

DİGƏR XƏBƏRLƏR

Top