Putin: Rusiya-ABŞ münasibətləri ən aşağı səviyyədədir

Rusiya-ABŞ münasibətləri “soyuq müharibə” dövründən bəri ən aşağı səviyyədədir. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterbuq Beynəlxalq İqtisadi Forumu çərçivəsində deyib. Onun sözlərinə görə, Rusiya və ABŞ dünyanın nüfuzlu qüdrətli dövlətləri kimi müxtəlif çoxtərəfli formatlar çərçivəsində dialoq saxlayır: “Bura BMT, G20 qrupu və digər təşkilatar daxildir. Əsas, qlobal və regional problemlər üzrə qarşılıqlı fəaliyyət göstərirlər, bundan qaçınmaq mümkün deyil və şükür ki, bu var, bu proses davam edir”. Bununla belə, V. Putin qeyd edib ki, keçmiş on illiklər ərzində formalaşmış qarşılıqlı əməkdaşlıq təməli isə dağıdılıb: “İkitərəfli ticarət əlaqələri siyasi konyekturanın dəyişməsində sığorta torunu təmin edə bilər. Rusiya hakimiyyəti ABŞ-la ikitərəfli işgüzar layihələrə yardım etməyə köklənib”.

DİGƏR XƏBƏRLƏR

Top