Trampın qərarı planetimizdə temperaturu 0,2 dərəcə artıracaq

ABŞ Prezidenti Donald Trampın Paris iqlim sazişindən çıxmaq qərarı 2100-cü ilədək planetdə havanın temperaturunun 0,3 dərəcə artmasına gətirib çıxara bilər. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə xəbərdarlığı Ümumdünya Meteoroloji Təşkilatı verib. Təşkilatdan qeyd ediblər ki, bu rəqəm yalnız ilkin qiymətləndirmədir, çünki ətraflı təhlil hələ aparılmayıb.

Xatırladaq ki, Paris iqlim sazişi 12 dekabr 2015-ci il tarixində Fransa paytaxtında keçirilmiş konfransın yekunları üzrə qəbul edilib. Forumun 195 iştirakçısı 2100-cü ilədək planetdə orta temperaturun sənaye epoxasından əvvəllə müqayisədə 2 dərəcədən çox artmasına yol verməmək barədə razılığa gəliblər. 22 aprel 2016-cı il tarixində BMT-nin mənzil-qərargahındakı sammitdə 175 dövlət, o cümlədən Rusiya, Almaniya, Hindistan, Çin və ABŞ bu sazişi imzalayıblar.

Sazişə əsasən, ABŞ 2025-ci ilədək keçmiş 10 illik göstəricilərlə müqayisədə tullantıların səviyyəsini 26-28 faiz azaltmaq öhdəliyini üzərinə götürmüşdü. Lakin iyunun 1-də D. Tramp Vaşinqtonun bu sazişdən çıxmaq niyyətini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top