Kəbirə Məmmədova: "Hazırda vəkillərim yanımdadır"

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bibiheybət yolundakı faciəvi qəzanın səbəbkarlarından biri olan "Porsche" markalı avtomobilin sürücüsü Rövşən Aydın oğlu Məmmədov Azərbaycanda "Binə Kəbirə" kimi tanınan məşhur iş xanımı Kəbirə Məmmədovanın qardaşı oğlu kimi təqdim olunub.

"Yeniavaz.com" xəbər verir ki, Kəbirə Məmmədova unikal.org-a açıqlamasında bildirib ki, yayılan məlumat əsassızdır: "O ucarlı, mən bakılı. Mənim elə qardaşım oğlu yoxdur. Hazırda vəkillərim yanımdadır. Sözügedən xəbəri yazan saytları məhkəməyə vermək üçün hazırlıq görürük. Bu nə deməkdir, hər ötən hadisəyə görə mənim adım hallandırılır? Mənim bu məsələyə münasibətim bu qədər, sağ olun".unikal.org

DİGƏR XƏBƏRLƏR

Top