Vladivostokdan Şimali Koreyaya getmək istəyən Azərbaycan sakinləri də var

Bu yaxınlarda Rusiyada yeni açılmış Vladivostokdan Şimali Koreyaya turizm dəniz marşrutu dünyanın müxtəlif ölkələrinin sakinlərində ajiotaj yaradıb. “Yeniavaz.com”un “PrimaMedia” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bunu “Amita” turizm agentliyinin nümayəndəsi deyib. Onun sözərinə görə, dəniz marşrutundan istifadə etmək istəyənlər arasında İsrail, Macarıstan, Azərbaycan və Qazaxıstan kimi ölkələrin sakinləri var və onlardan turizm agentliyinə zənglər daxil olur. Nümayəndə qeyd edib ki, ən çox etnik koreyalı olan Qazaxıstan sakinləri zəng edirlər: “Biz zəng edənlərə deyirik ki, yaponlardan başqa hamını bu marşruta buraxırlar”.

Qeyd edək ki, Vladivostokdan Şimali Koreyaya putyovkanın qiyməti (dənizlə yol daxil olmaqla, 6 gün, 7 gecə) 27 min rubl təşkil edir. Bu məbləğun böyük qismi gediş və gəliş biletin, qalanı isə Şimali Koreyada göstərilən xidmətin payına düşür. “Mangyongbong-92” teploxodu Vladivostok və Raci arasında ilk reysini mayın 18-də həyata keçirib.

DİGƏR XƏBƏRLƏR

Top