
Rusiyanın Baş naziri Dmitri Medvedev Türkiyədən məhsulların tədarükünə qoyulmuş bir sıra məhdudiyyətlərin aradan qaldırılması barədə qərar imzalayb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, qərarla dondurulmuş cəmdək hissələri, ev toyuqları və hinduşkasının subməhsulları, təzə və ya soyudulmuş xiyarlar və kornişonlar, təzə almalar, armudlar, üzüm, çiyələk və bağ çiyələyinin idxalına qoyulmuş qadağa ləğv edilir.
Bundan başqa, Türkiyənin yurisdiksiyasında olan və ya Türkiyə vətəndaşları və təşkilatlarının nəzarəti altında olan təşkilatlara müəyyən iş növlərinin yerinə yetirilməsinə qoyulmuş qadağa aradan qaldırılır. Söhbət tikinti, turizm agentlikləri və mehmanxaların fəaliyyəti, ağac emalı, texniki sınaqlar, tədqiqatlar və təhlilin aparılmasından gedir. Türkiyə şirkətlərinə dövlət və bələdiyyə ehtiyaclarını təmin etmək üçün xidmət göstərməyə icazə verilir.
Tətbiqimizi yükləyə bilərsiniz