Putindən atəşkəs açıqlaması

Rusiya prezidenti Vladimir Putin Suriya məsələsi haqda sülh danışıqlarını Qazaxıstanın paytaxtı Astanada davam etirəcəyini açıqlayıb. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Putin Astanada baş tutacaq görüşü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla razılaşıb. Yaponiyaya ziyarət əsnasında təşkil olunan mətbuat konfransında danışan Putin, Astanadakı görüşün, İsveçrənin Cenevre şəhərində BMT-nın vasitəçiliyi ilə keçirilən danışıqlara əlavə olacağını bildirib. "Associated Press"in xəbərinə görə, Putin, Türkiyənin Hələbdəki təxliyə razılaşmasına kömək edəcək: "Ərdoğanla Suriyada atəşkəs olmasına çalışırıq. Bundan sonrakı addım da bu istiqamətdə olacaq. Silahlı müxaliflərlə Türkiyənin vasitəçiliyi ilə görüşürük".

DİGƏR XƏBƏRLƏR

Top