Fransalıların yarıdan çoxu yeni prezident Emmanuel Makrona etimad göstərir. Xarici KİV-i məlumat verir ki, rəyi soruşulanların 57 faizi 3 həftə əvvəl seçilmiş prezidentə etimad göstərir, 38 faiz respondent isə ona etibar etmədiyini deyib. Bununla belə, E.Makron etimad göstəricilərinə görə əvvəlki prezidentlərdən geri qalır. 1981-ci ildə prezident seçildikdən qısa müddət sonra Fransua Mitterana göstərilən etimad 74 faiz, 1995-ci ildə Jak Şiraka və 2007-ci ildə Nikolya Sarkoziyə 64 faiz səviyyəsində olub.Modern.az