Əfqanıstanda 11 silahlı edam ediləcək

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani “Taliban” hərəkatı və “Haqqani şəbəkəsi” qruplaşması ilə bağlı 11 silahlının edam edilməsi qərarının icrası ilə bağlı tapşırıq verib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə qərar paytaxt Kabildə 90 nəfərin ölümü ilə nəticələnmiş terror aktından sonra verilib. Edam ediləcək silahlılar arasında ekstremist təşkilatlarının önəmli səhra komandirləri var. Qeyd edək ki, “Haqqani şəbəkəsi” qruplaşması Pakistanın Şimali Vəziristan ərazisində yerləşir və Əfqanıstan hakimiyyəti ilə mübarizə aparır.

DİGƏR XƏBƏRLƏR

Top