"Gürcüstanın Azərbaycanla strateji ittifaqı genişləndirmək üçün böyük imkanları var"

Tbilisi Bakı ilə strateji ittifaqı daha da dərinləşdirmək niyyətindədir. "Yeniavaz.com"un vestikavkaza.ru-ya istinadən verdiyi məlumata görə, bunu CASPIAN OIL & GAS 2017 konfransında çıxış edən Gürcüstan prezidentinin köməkçisi Georgi Vaşadze deyib: "Gürcüstanın Azərbaycanla strateji ittifaqı genişləndirmək üçün böyük imkanları var. Biz bundan istifadə etmək niyyətindəyik. Bu baxımdan neft-qaz sahəsində əməkdaşlıq hər iki ölkə üçün strateji önəm daşıyır. Əgər Azərbaycan rəhbərliyinin Xəzər qazının Avropaya çatdırılması üçün səyləri olmasaydı və bu işə peşəkar səviyyədə yanaşmasaydı, onda Cənub qaz kəməri koridoru çoxdan əhəmiyyətini itirərdi".

Vaşadze Türkmənistan qazının da Avropaya çatdırılacağına inandığını və bu layihənin gec-tez reallaşacağına əmin olduğunu vurğulayıb. O Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində gələcəkdə də Xəzəryanı ölkələrin böyük rol onamaqda davam edəcəklərini vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top