Dünyanın ən böyük təyyarəsi ilk dəfə anqardan çıxdı

ABŞ-ın Kaliforniya ştatının Moxave səhrasında dünyanın ən böyük nəqliyyat təyyarəsi ilk dəfə olaraq anqarı tərk edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, təyyarə raket daşıyıcılarını buraxmaq iqtidarındadır. Təyyarənin qanadlarının uzunluğu 117 metr, çəkisi isə 230 tondur. Onun hündürlüyü 15 metrdir, təkərlərinin sayı isə 28-dir. Təyyarənin texniki göstəriciləri ona 250 tonadək faydalı yük daşımağa imkan verir. “Statolaunch” təyyarəsindən “Pegaus XL” daşıyıcı raketlərini buraxmaq üçün hava platforması qismində istifadə edilməsi planlaşdırılır. Onlar aşağıYerətrafı orbirə yükləri çatdıracaqlar. İlkin mərhələdə təyyarə bir raket daşıyacaq, perspektivdə isə raketlərin sayı 3-dək artırıla bilər. Moxavedə yaxın vaxtlarda hava gəmisinin yerüstü sınaqları keçiriləcək, ilk nümayiş buraxılışı isə 2019-cu ilə planlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top