Rusiyalı kriminal qruplar Saakaşvilini öldürmək istəyiblər

Rusiyadan olan kriminal qruplar 2007-ci ildə Gürcüstanın o dövrdəki prezidenti Mixail Saakaşviliyə qarşı terror aktı həyata keçirməyi planlaşdırıblarmış. "Yeniavaz.com"un apsnyu.ge-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Dövlət Dumasının keçmiş deputatı Denis Voronenkovun həyat yoldaşı, tanınmış müğənni Mariya Maksakova mətbuata bildirib. Məsələ ilə bağlı Gürcüstanın eks prezidenti Mixail Saakaşvili isə feysbuk səhifəsində özünə qarşı rusiyalı kriminalların terror aktı həyata keçirməyə hazırlaşmalarından xəbəri olduğunu yazıb: "2007-ci ildə ABŞ-ın Federal Təhqiqat Bürosu rusiyalı kriminal qrupların mənə qarşı terror aktı hazırladığı barədə məluımat verdilər. 2008-ci ildə Avstriya mətbuatında bununla bağlı araşdırma yazı çap edildi. 2012-ci ildə məlum oldu ki, mənə qarşı rusiyalı kriminal qrupların həyata keçirməyə çalışdıqları terror aktı Fransa Daxili İşlər nazirliyi tərəfindən də araşdırılıb və bununla bağlı müvafiq tədbirlər həyata keçirilib".

Saakaşvili Maksakovanın verdiyi açıqlamanın videosunu izlədiyini də öz sözlərinə əlavə edib. Eks prezidentin sözlərinə görə, Maksakova Rusiyanın kriminal aləminin rəhbərliyi ilə sıx əlaqədə olub və onun bu terror aktı planından öncədən xəbəri olub. Mixail Saakaşvili: "Mən hakimiyyətdə olduğum illərdə Gürcüstanda kriminal qruplara qarşı müharibə elan etmiş və onların axırına çıxmışdım. Buna görə də rusiyalı kriminallar məndən intiqam alaraq öldürmək istəyirdilər".

DİGƏR XƏBƏRLƏR

Top