Sarkisyanla Karapetyan arasında münaqişə var

Regional tədqiqatlar Mərkəzinin direktoru politoloq Riçard Kirakosyan hakimiyyət daxili mübarizə çərçivəsində prezident Serj Sarkisyanla baş nazir Karen Karapetyan arasında ciddi münaqişənin olduğunu söyləyib. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, Kirakosyan Birinci kanala müsahibəsində parlament seçkilərindən sonra Karapetyanla Sarkisyan arasında istər deputat mandatı, istərsə də nazir postu və digər vəzifələrə öz adamlarını yerləşdirmək uğrunda ciddi mübarizə getdiyinin şahidi olduqlarını bildirib: "Hələlik Sarkisyanla Karapetyan arasında mübarizə daha çox pərdə arxasında gedir. Amma onlar arasında əsl mübarizə gələn ilin aprelində Sarkisyanın prezidentlik səlahiyyətləri başa çatandan sonra baş verəcək. O vaxt Karapetyan Baş nazir postunu tərk emək istəməyəcək, Sarkisyan isə ölkəyə rəhbərliyi davam etdirmək üçün Baş nazir olmaq istəyəcək. Sarkisyanın və ya Karapetyanın ölkəni idarə edəcəyi isə Moskvanın tərəflərdən hansına dəstək verməsindən asılı olacaq".

DİGƏR XƏBƏRLƏR

Top