Tbilisidə Əfqan Muxtarlıya dəstək aksiyası keçirilib

Bu gün Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti İdarəsi qarşısında mətbuat nümayəndələri, insan hüquqları müdafiəçiləri, müxalifət təmsilçiləri və bir çox siyasətçilər tərəfindən aksiya keçirilib. Bir neçə gün öncə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən həbs olunan jurnalist Əfqan Muxtarlıya dəstək məqsədi daşıyan aksiyada "Ölkədə qanunsuzluğa son qoyulsun", "Qanunun aliliyi haradadır?" şüarları səsləndirilib. Aksiya iştirakçısı, Gürcüstan Medianın İnkişafı Fondunun icraçı direktoru Tamar Kinsuraşvili "Rustavi 2" telekanalına verdiyi müsahibəsində: "Məsələ ilə bağlı Gürcüstan hökumət orqanlarının verdiyi açıqlamalar ziddiyyətlidir. Bu da onların Əfqan Muxtarlınnn oğurlanmasında iştirak etdikləri barədə şübhələrin əmələ gəlməsinə səbəb olub. Əgər Gürcüstanın müvafiq qurumları jurnalistin oğurlanmasında iştirak ediblərsə, onda bu, böyük bir biabırçılıq demək olacaq",-deyib.

Öz növbəsində Gürcüstan Daxili işlər naziri Georgi Mqebrişvili baş veren insidentdə hüquq-mühafizə orqanları əməkdaşlarının iştirak etmədiyini bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top