Rusiya yaxın 7-8 ildə neft sektorunu tam özəlləşdirə bilər

"Rusiyanın neft sektoru problemlərini dövlətin iştirakı olmadan həll edə bilər, buna görə də yaxın 7-8 ildə o, təmamilə özəlləşdirilməlidir". Bu açıqlamanı Rusiyanın keçmiş maliyyə naziri, hazırda Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri olan Aleksey Kudrin Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda verib.

"Neft sektoru yaxın 7-8 ildə tam özəlləşdirilməlidir. Orada bizə dövlət şirkətləri lazım deyil. Dövlət statusu şirkətlərə müsbət effektdən daha çox ziyan gətirir", - deyə Kudrin bildirib.

Çıxışı zamanı uçot dərəcəsi məsələsinə toxunan Kudrin qeyd edib ki, inflyasiyanın 4% səviyyəsində sabitləşməsi hər 6 ayda uçot dərəcəsini 0,5 faiz bəndi azaltmağa imkan verə bilər: "Mərkəzi Bank uçot dərəcəsini azatmağa davam edəcək". report

DİGƏR XƏBƏRLƏR

Top