Tanınmış aparıcının verilişi niyə bağlanıb?

Tanınmış teleaparıcı İradə İsakın "Lider" TV-də yayımlanan "Tor" verilişi bağlanıb. İlkin məlumata görə, verilişin bağlanmasının səbəbi sponsorların layihəyə davam etmək istəməməsi olub.

Xanım aparıcı açıqlamasında məsələyə aydınlıq gətirib. O, sentyabrdan etibarən verilişin efirə çıxmayacağını bildirib:

"Bu veriliş, onsuz da, qısa müddətli nəzərdə tutulmuşdu".

Sponsor yoxluğuna görə verilişə davam etməməsinə gəlincə, xanım aparıcı bunları deyib:
"Verilişin iki sponsoru vardı. Onsuz da, sentyabrda davam etməyəcəkdik".

İ.İsak qarşıdakı planları ilə bağlı konkret layihə üzərində dayanmadığını deyib:

"Hələ ki danışılanlar fikir olaraq qalır".

Qeyd edək ki, bu il yanvarın 27-dən yayımlanan "Tor" hər həftənin cümə günü efirdə olurdu. İ.İsak buna qədər ANS-də yayımlanmış "Deməsək olmaz" verilişinə aparıcılıq edib.modern.az

DİGƏR XƏBƏRLƏR

Top