Rövnəq Abdullayevin oğlundan sonra onlar da getdi

"Səbail" Futbol Klubunun Müşahidə Şurasının heyətində dəyişiklik baş verib. Klubun fəaliyyətə başladığı ilk günlərdən MŞ-nin üzvü olan Təbriz Həsənov və Tural Əsədov rəhbərliyə müraciət edərək işlərinin çoxluğu səbəbindən Müşahidə Şurasının üzvlüyündən xaric olunmalarını xahiş ediblər. "Səbail" FK-nın rəhbərliyi müraciətləri müsbət dəyərləndirərək klubun adından Təbriz Həsənova və Tural Əsədova səmərəli fəaliyyətlərinə görə təşəkkürünü bildirib, gələcək işlərində uğurlar arzulayıb.

Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov və Bakıda fəaliyyət göstərən "Mançester Yunayted Futbol Məktəbi"nin məşqçisi Cahangir Həsənzadə Müşahidə Şurasının üzvü təyin olunublar.

Qeyd edək ki, AFFA prezidenti R. Abdullayevin oğlu Rəşad Abdullayev mayın 3-də "Səbail" Futbol Klubunun Müşahidə Şurasının sədri vəzifəsindən istefa vermişdi. qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top