Rusiya Moldovanın diplomatlarını qovmasına cavab verdi

Rusiya Moldovanın Moskvadakı diplomatik missiyasının 5 nümayəndəsini persona non-qrant elan edib. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir. Məlumatda qeyd edilir ki, onlar üç gün ərzində ölkəni tərk etməlidirlər. Mayın 31-də Rusiya XİN Moldovanın Moskvadakı səfirliyinin səfir müşaviri Nikolay Mıynonu çağıraraq ona nota təqdim edib. XİN-in məlumatında bildirilir: “Rusiya tərəfi ümid etdiyini bildirib ki, Kişinyov Rusiyaya qarşı qeyri-dost hərəkətlərinin kontr-produktivliyini dərk edəcək”.

Xatırladaq ki, Moldova mayın 29-da Rusiyanın beş diplomatını persona non-qrant elan edib və onları 24 saat ərzində ölkə ərazisini tərk etmək barədə göstəriş verib.

DİGƏR XƏBƏRLƏR

Top