Tblisiyə gedənlər, ehtiyyatlı olun! - XƏBƏRDARLIQ

Tbilisidə küçəyə zibil atılması nəticəsində yazılan cərimələrin miqdarı 42 min 710 lari təşkil edib. "Tbilservice Group"un nəzarət xidmətinin inspektorları tərəfindən 411 cərimə protokolu tərtib olunub və bunlardan 378-i 2 kiloqramadək küçəyə atılmış zibilə görə tərtib edilib. Cərimələrin 151-i isə xarici ölkə vətəndaşlarına yazılıb.

Cərimələrin məbləği

İki kiloqramadək atılmış zibilin cəriməsi - 80 lari

İki kiloqramdan artıq atılmış zibilin cəriməsi - 150 lari

Zibil binadan atıldığı təqdirdə cərimənin miqdarı artır.

Bu halda:

İki kiloqramadək atılmış zibilin cəriməsi - 150 lari

İki kiloqramdan artıq atılmış zibilin cəriməsi - 500 lari

Qeyd olunan cərimələmə sistemi 3 apreldən qüvvəyə minib. 20 aprelədək əhali məlumatlandırılıb.

Bu tarixdən etibarən isə cərimələrin yazılması davam edir. Hal-hazırda Tbilisidə 10 inspektor çalışır. fins.az

DİGƏR XƏBƏRLƏR

Top