Rusiya sualtı qayıqdan İŞİD-i vurarkən 3 dövləti xəbərdar edib

ABŞ, Türkiyə və İsrail komandanlığı Rusiyanın Suriyada terrorçulara “Kalibr” qanadlı raketlərinin buraxılması barədə vaxtında məlumatlandırılıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. Məlumatda qeyd edilir ki, hər üç ölkə mövcud qarşılıqlı fəaliyyət kanalları vasitəsilə xəbərdar edilib.

Xatırladaq ki, Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Admiral Essen” freqatı və “Krasnodar” sualtı qayığı Palmirin şərqində toplanmış ağır texnika və canlı qüvvələrə raket zərbələri endirib. Bunlar Raqqadan çıxarılmış hərbi texnika və İŞİD terror təşkilatının silahlıları olublar. Raket buraxılışı Aralıq dənizinin şərq hissəsindəki akvatoriyadan həyata keçirilib. Buraxılan bütün 4 raket hədəfləri vurub.

DİGƏR XƏBƏRLƏR

Top