Tütün hər il 7 milyon nəfəri öldürür

Siqaretdən və başqa tütün məmulatlarından istifadə hər il dünyada 7 milyon insanın ölümünə səbəb olur.

Dünya Səhiyyə Təşkilatının (DST) mayın 30-da açıqladığı hesabatda belə deyilir.

Məruzədə qeyd olunur ki, tütündən istifadənin yaratdığı xəstəliklər insan sağlamlığı üçün ən böyük təhlükədir. Təşkilat bütün ölkələri tütündən istifadəni məhdudlaşdıran tədbirlər görməyə çağırır. DST-nin rəhbəri Marqaret Çan bildirir ki, tütün yoxsulluğu artırır, iqtisadi effektivliyi aşağı salır və havanın çirklənməsinə səbəb olur.

Təşkilatın hesabatında vurğulanır ki, tütündən istifadə ətraf mühitə mənfi təsir göstərir. İstifadə olunmuş tütün məmulatlarının tərkibində ətraf mühiti korlayan 7 mindən çox kimyəvi maddənin olduğu vurğulanır.Novator.az

DİGƏR XƏBƏRLƏR

Top