Mayın 29-da Moska şəhəri və Moskva bölgəsində müşahidə edilmiş şiddətli külək nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko deyib. Onun sözlərinə görə, təbii fəlakət nəticəsində təqribən 200 nəfər xəsarət alıb: “Ölənlərin 10-u Moskva şəhərinin, beşi isə Moskva bölgəsinin payına düşür. Ölənlər müxtəlif yaşdadır, aralarında yeniyetmələr də var”. Bu arada sabah Moskvada hava təhlükəliliyinin sarı səviyyəsi gözlənilir. Hava proqnozuna görə, mayın 31-dən iyunun 1-nə keçən gecə Moskvada küləyin sürəti saniyədə 18-22 metrə çatacaq, 8-9 millimetr yağıntı düşəcək.
Xatırladaq ki, mayın 29-da Moskvada küləyin gücü saniyədə 28-30 metrə çatıb. Qasırğa nəticəsində 243 ev, 135 işıq dirəyi və təqribən 2 min maşın zərər görüb.