Qondarma erməni soyqırımını tanıyan PKK yönümlü deputat həbs ediləcək

Diyarbəkir məhkəməsi PKK yönümlü Xalqların Demokratik Partiyasından olan deputat Osman Baydəmirin həbs edilməsi barədə qərar qəbul edib. "Yeniavaz.com"un 1in.am- istinadən verdiyi məlumata görə, Osman Baydəmir Diyarbəkir valisi vəzifəsində çalışarkən, 2012-ci ildə polisləri təhqir etməkdə və hökumət əleyhinə aksiyada iştirak etməkdə günahlandırılır. Buna görə prokuror onun haqqinda 3 iI azadlıqdan məhrum etmək barədə qərar çıxarılmasını tələb edir. Bundan əlavə Osman Baydəmir dəfələrlə qondarma erməni soyqırımını tanıdığını bəyan edib və buna görə erməni xalqından üzr istəyib. O həmçinin Diyarbəkrdəki erməni kilsəsinin faliyyətini yenidən bərpa etməsinə yardım edib. 2014-cü ildə Ermənistana səfər edən PKK tərəfdarı Baydəmir Sisarnakaberddəki qondarma erməni soyqırımı abidəsini ziyarət edərək onların xatirəsini yad edib.

DİGƏR XƏBƏRLƏR

Top