
ABŞ Prezidenti Donald Trampın kommnikasiyalar üzrə direktoru Maykl Dabk istefa verib. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Ağ evin kommnikasiyalar üzrə direktoru M.Dabk vəzifəyə təyin edildikdən 3 ay sonra istefa verib. D. Tramp Ağ evin media sahəsində strategiyasını yeniləmək üçün M. Dabkı vəzifəyə təyin etmişdi. O, istefa ərizəsini mayın 18-də təqdim etsə də, D. Tramp xarici səfəri ilə əlaqədar istefanı qəbul etməyib. D. Tramp səfərdən qayıdan kimi istefanı təsdiq edib. M. Dabkın səlahiyyətlərini Ağ evin sözçüsü Şon Spayserin icra edəcəyi gözlənilir. Qeyd edək ki, “Crossroads Media” quruluşunun təsisiçisi olan M. Dabk təcrübəli respublikaçı strateqdir.
Tətbiqimizi yükləyə bilərsiniz