Merkel: Alman hərbçilərinin “İncirlik”dən çıxarılması təxirə salınır

Almaniya hərbçilərinin Türkiyənin “İncirlik” aviabazasında çıxarılması barədə qərar XİN xətti üzrə danışıqların yekununadək təxirə salınmalıdır. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Almaniya Kansleri Angela Merkel deyib. Onun sözlərinə görə, NATO sammitində bu barədə razılaşma əldə olunub: “Buna görə də parlamentdəki Xristian Demokratik İttifaqı Xristian Sosial İttifaq fraksiyası hesab edir ki, XİN rəhbərləri arasında danışıqların başa çatmasını gözləmək lazımdır”. A. Merkel qeyd edib ki, rəsmi Berlin alman deputatların “İncirlik” hərbi bazasına buraxılmasını təkid etməyə davam edir. Kansler əlavə edib ki, növbəti həftələr ərzində parlament dinləmələri zamanı qərar qəbul edilməlidir.

DİGƏR XƏBƏRLƏR

Top