“Böyük Albaniya” həyatakeçirilməz layihədir

“Böyük Albaniya” həyata keçirilməsi mümkün olmayan layihədir. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Serbiyanın Baş naziri və seçilmiş Prezidenti Aleksandr Vuçiç özünün Baş nazir səlahiyyətlərinin başa çatması ərəfəsində keçirdiyi yekun mətbuat konfransında deyib. Onun sözlərinə görə, Serbiya bu layihənin həyata keçməsinə mane olmaq üçün hər şey edəcək. A. Vuçiç qeyd edib ki, “Böyük Albaniya” həyatakeçirilməz hədəfdir: “Onun həyata keçməməsi üçün hər cür səy göstərəcəyik”. A. Vuçiç əlavə edib ki, albanların sonsuz təkrar etdiyi “Böyük Albaniya” haqqında nağılların heç bir perspektivi yoxdur.

Qeyd edək ki, “Böyük Albaniya” alban etnosun yaşadığı bütün əraziləri birləşdirmək ideyasıdır. Bu halda albanlar Yunanıstan ərazisinin bir hissəsinə, Makedoniyanın yarısına, Kosovoya, Serbiyanın cənubunun bir hissəsinə, eləcə də Monteneqronun yarısına iddia edirlər.

DİGƏR XƏBƏRLƏR

Top