Rusiya kimyəvi silahlarının 99 faizə yaxınını məhv edib

Rusiya özünün kimyəvi silahlarının 98,6 faizini, yəni təqribən 40 min tonunu məhv edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Ozerov deyib. O bildirib ki, mayın 29-da olan vəziyyətə görə, Udmurtiyadakı obyektlərdə 588 ton zəhərləyici maddə qalıb: “Bu, əvvəlki ehtiyatların təqribən 1,4 faizini təşkil edir. Bunlar 20 il əvvəl təqribən 40 min ton olub”. V. Ozerov əlavə edib ki, Rusiya bu sahədə üzərinə götürdüyü beynəlxalq öhdəlikləri tam həcmdə yerinə yetirir.

Xatırladaq ki, Rusiya 1997-ci ildə kimyəvi silahların məhv edilməsi haqqında beynəlxalq konvensiyaya qoşulub. Rusiya bu konvensiya çərçivəsində 31 dekabr 2018-ci il tarixinədək kimyəvi silahlarını tam məhv etməlidir.

DİGƏR XƏBƏRLƏR

Top