"Bu qədər borc yükünə 17 milyard manatlıq kiçik büdcə necə dözsün?"

"Dövlət büdcəsindən görünməmiş həddə borc qaytarlıb - söhbət 3 mlrd. manat ətrafında vəsaitdən gedir". "Yeniavaz.com" xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. İqtisadçı qeyd edib ki, formal da olsa sabah Parlament 2016-cı ilin dövlət büdcəsinin icrasına dair hesabatını səsverməyə çıxararacaq və qanun halında təsdiqləyəcək: "Ümid edirəm ki, orda olan media təmsilçilərindən kimsə orda qarşılarına çıxan çox vacib sualları Maliyyə Nazirliyinin, Hesablama Palatasının, ən azı Milli Məclisin iqtisadi siyasət komitəsinin rəhbərliyindən soruşa bilər: 2016-cı ilin büdcə qanununda nəzərdə tutulmadığı halda il ərzində dövlət borclarının qaytralımasına il ərzində dövlət büdcəsindən 820 mln. manat vəsait ayırlıb. Həmin vəsaitin 137 mln. manatı dövlət şirkətlərinin (Azərsu, Azəreneri, Azərkosmos) xarici borclarının, yerdə qalan hissəsisi isə dövlət şirkətlərinin Mərkəzi Banka olab daxili borclarının qaytarılmasına yönəldilib. Əsas suallar bunlardır: 1) Təminat Fonduna dövlət büdcəsinin başqa xərc istiqamətlərindən vəsaitləri kəsib il ərzində borcların ödnəilməsinə yöəldilməsi "Büdcə sistemi haqqında" qanunun konkret olaraq hansı maddəsinə əsaslanır? 2) Niyə Təminat Fonduna ayrılan vəsaitlər dövlət büdcəsinə dair hesabatda "borcların qaytarılması" maddəsində əks olunmur, həmin xərclərin qənaət edildiyi bölmələrdə (məsələn, sosial müdafiə) başqa ad altında göstərilir? 3) Təminat Fondunun idarə edilməsi qaydalarına (3.6 və 3.7-ci maddələr) görə, Fondun borcunu ödədiyi dövlət şirkətləri Maliyyə Nazirliyi ilə bağlanmış müqavilə əsasında həmin vəsaitləri Fonda bərpa etməlidirlər - müqavilələrə görə həmin vəsaitlər nə zamanadək qaytarılacaq. Nəzərə alaq ki, 2016-cı ilin dğvlət büdcəsində qanaət edilimiş 820 mln. manatla yanaşı Təminat Fondunun özünün əvvəlki illərdən də toplanmış 1.5 mlrd. manat yaxın vəsait olub. Bu vəsaitlərin də 1.2 mlrd. manatı borclara gedib. Nəticədə təkcə dövlət büdcəsinin Təminat Fondu vasitəsilə il ərzində 2 mlrd. manat borca vəsait yönəlib. Məlumat üçün deyim ki, bu məbləğlərin heç birinin Beynəlxalq Bank üçün ödənilən borclarla əlaqəsi yoxdu - bu da yerdə qalan dövlət şirkətləri ilə bağlı borc ödənişləridir.
Dövlət sektoru ölkənin maliyyə sistemini gerçəkdən çokdürür - islahat olacaqsa, vaxt itirimədən dövlət şirkətlərindən, ölkənin büdcə sisteminin menecmentindən başlamalıdı... Bir il ərzində büdcədən ödənilən borrcların məbləği bununla da bitmir - "Ümumdövlət xidməti" bölməsindən Maliyyə Nazirliyi xarici dövlət borclarının qaytarılmasına 1.5 mlrd. manata qədər də vəsait yönəldib. Bu qədər borc yükünə 17 mlrd. manatlıq kiçik büdcə necə dözsün?"

DİGƏR XƏBƏRLƏR

Top