Moskvada qasırğa nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

Bazar ertəsi Moskva şəhəri və vilayətində baş verən güclü qasırğa nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb. Son məlumatlara görə, Odintsova şəhərində üzərinə ağac düşən 86 yaşlı kişi dünyasını dəyişib. O, qarın nahiyəsindən küt travma alıb və onurğa sütununun bel hissəsi qırılıb. Kişi xəstəxanaya aparılarkən yolda keçinib. Bundan əvvəl qasırğa nəticəsində 137 nəfərin xəsarət aldığı xəbər verilmişdi. Hazırda kommunal təsərrüfat işçiləri təbii fəlakətin fəsadlarını aradan qaldırmaqla məşğuldurlar.Report

DİGƏR XƏBƏRLƏR

Top