İŞİD Filippində şəhəri ələ keçirərək bayrağını asdı

Artıq bir həftədir Filippinin Maravi şəhərini qismən ələ keçirən İŞİD terror təşkilatının silahlıları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar davam edir. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, şəhəri tutan İŞİD-ə bağlı “Maute” qruplaşması ölkə Prezidenti Rodriqo Dutertenin 11 aylıq iqtidarında qarşılaşdığı ən ciddi təhlükəsizlik problemidir. Maraviyə qismən hakim olan terrorçular havadan helikopterlər və qurudan hərbi birləşmələrin hücumlarına qarşı dirənirlər. Şəhərdə baş vermiş toqquşmalarda 100-dən artıq adam həlak olub. İŞİD bayrağını şəhərdəki binalara asıb. Maravidə yaşayan 200 000 min insanın çoxu şəhəri tərk edərək 38 kilometr aralıda yerləşən İliqana pənah aparıb.

DİGƏR XƏBƏRLƏR

Top