Aİ Suriyaya qarşı sanksiyaların müddətini uzatdı

Avropa İttifaqı (Aİ) Suriya hökumətinə qarşı sanksiyaların müddətini uzadıb. “Yeniavaz.com”un RT-yə istinadən verdiyi məlumata görə, bu barədə Aİ-nin saytında xəbər verilir. Qeyd edilir ki sanksiya rejimi 1 il müddətinə uzadılıb. Sənəddə deyilir: “Şura 29 may 2017-ci il tarixində Suriya rejiminə qarşı məhdudlaşdırıcı tədbirlərin fəaliyyət qüvvəsini 1 iyun 2018-ci il tarixinədək uzadıb. Sanksiyalar barədə qərar Aİ-nin Suriya üzrə strategiyasına müvafiqdir. Mülki əhaliyə qarşı repressiyalar davam etdiyi müddət ərzində Suriya rejiminə və onun tərəfdarlarına qarşı məhdudlaşdırıcı tədbirlər qorunacaq”. Bundan başqa, sanksiyalar siyahısına Suriya hökumətinin 3 naziri əlavə olunub, habelə sıyahıya əvvəlcədən daxil olmuş bəzi şəxslər üzrə məlumat yenilənib. Xatırladaq ki, Aİ 2016-cı ilin noyabr ayında Suriyanın Mərkəzi Bankının sədrinə və 17 nazirinə qarşı sanksiya tətbiq etmişdi. Hazırda Aİ-nin “qara siyahısı”nda Suriyanın 238 fiziki və 67 hüquqi şəxsin adı var.

DİGƏR XƏBƏRLƏR

Top