Putinin məsləhətçisinin səhmdar olduğu bankın fəaliyyəti dayandırıldı

Rusiya Mərkəzi Bankı mayın 29-da 2 bankın və 1 bank olmayan kredit təşkilatının lisenziyasını geri çağırıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, lisenziyası geri alınan banklardan biri “Ayvi Bank”dır (Moskva). Mayın 1-nə olan vəziyyətə görə, əmanətlərin sığortalanması sisteminin iştirakçısı olan “Ayvi Bank” aktivlərin həcmi üzrə Rusiyanın bank sistemində 432-ci yeri tutub. Mərkəzi Bankın məlumatında deyilir ki, “Ayvi Bank” yüksək riskli kreditlər verməyə istiqamətlənib. Bu səbəbdən bankın fəaliyyəti onun kreditorları və əmanətçilərinin maraqları üçün real təhlükə yaradıb. Qeyd edək ki, “Ayvi Bank”ın səhmdarları arasında Rusiya Prezidenti Vladimir Putinin internet üzrə məsləhətçisi German Klimenko da var.

Lisenziyası geri alınan digər bank isə “Səhmlərin və Texnologiyaların İnkişafı üzrə Beynəlxalq Kommersiya Bankı”dır. Əmanətlərin sığortalanması sisteminin iştirakçısı olan bank mayın 1-nə olan vəziyyətə görə, aktivlərin həcmi üzrə 555-ci yeri tutub. Mərkəzi Bankdan bildiriblər ki, bank likvidliyin kəskin defisiti ilə əlaqədar kreditorlar qarşısında öhdəliyini yerinə yetirmək qabiliyyətini itirib və faktiki olaraq müştərilərə əməliyyat xidmətlərini göstərməyi dayandırıb.

Mərkəzi Bank, həmçinin “İR-Kredit” bank olmayan kredit təşkilatının (Moskva) lisenziyasını ləğv edib. Kredit təşkilatı aktivlərin hcmi üzrə 560-cı yerdə qərarlaşıb. “İR-Kredit” Mərkəzi Banka ərizə yazaraq könüllü olaraq lisenziyasından imtina edib.

DİGƏR XƏBƏRLƏR

Top