Bakı-Sumqayıt yolu bağlandı

Bakı-Sumqayıt yolu birtərəfli bağlanıb.

Artıq bir neçə gündür Sumqayıtdan Bakı istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Buna səbəb isə şosenin Xırdalan hissəsində yerüstü piyada keçidinin tikilməsidir.

Bakıya gəlmək istəyən sürücülər Xırdalan şəhərinin içərisindən keçməklə paytaxt istiqamətində yol alırlar. Bu da Xırdalanın əsas və məhəllə yolarında sıxlığa səbəb olub.bakipost.az

DİGƏR XƏBƏRLƏR

Top