ABŞ-da qeyri-leqal şəkildə yaşayan erməni miqrantlar saxlanılıb

ABŞ-ın İmmiqrasiya məsələləri üzrə federal polisinin əməkdaşları Şimali Kaliforniyada qeyri-leqal şəkildə yaşayan miqrantları aşkar etmək üçün xüsusi reyd keçirib. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, reyd zamanı qeyri-leqal şəkildə bölgədə yaşayan 188 nəfər həbs edilib. Onların arasında Ermənistan vətəndaşları da var. Ümumiyyyətlə həbs edilən 188 nəfərdən146-sı Meksika vətəndaşıdır. 11 ölkədən olan qeyri-leqal miqrantların qalan hissəsi Salvadordan, Hondurasdan, Tailanddan, Vyetnamdan, Kambocadan, Rusiya və Filippindəndir. Həbs edilənlərdən 169 nəfəri əvvəllər müxtəlif cinayətlərə görə məhkumluq həyatı yaşayanlardır. Həbs edilən qeyri-leqal miqrantların 93-nəfəri Los-Anceles şəhərində məskunlaşanlardır.

DİGƏR XƏBƏRLƏR

Top