Rusiyanın yeni sərnişin təyyarəsinin uçuşu həyata keçirildi

Rusiyanın yeni sərnişin təyyarəsi “MS-21-300” ilk uçuşunu həyata keçirib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə təyyarəni istehsal edən “İrkut” korporasiyasının mətbuat xidməti məlumat verib. Məlumatda bildirilir ki, təyyarənin ilk uçuş müddəti 30 dəqiqə təşkil edib: “Uçuş saatda 300 kilometr sürətlə 1000 metr hündürlükdə həyata keçirilib. Uçuş ştat rejimində baş tutub”. Yaxın 20 il ərzində dünyada təqribən 15 min ədəd yeni “MS-21” təyyarəsinə tələbatın yaranacağı proqnozlaşdırılır.

Qeyd edək ki, “MS-21” Rusiyada istehsal ediləcək ilk yaxın-orta magistral təyyarəsidir. Rusiyanın yeni tarixində sıfırdan yalnız bir mülki təyyarə istehsal edilib. Bu, regional “Sukhoi Super Jet-100” təyyarəsidir. İlk uçuşu 2008-ci ildə həyata keçirilən bu təyyarə 2011-ci ildən istismara verilib. “MS-21” ondan uçuş məsafəsinin artması və çox sayda oturacaq yerinin olması ilə fərqlənir.

DİGƏR XƏBƏRLƏR

Top