Şri-Lankada daşqınlarda 146 nəfər ölüb

Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı 146 nəfərə çatıb.Təbii fəlakət nəticəsində daha 112 nəfər itkin düşüb. Təxminən 500 min nəfər evlərini tərk etməyə məcbur olub. Təbii Fəlakətlərlə Mübarizə Mərkəzinin məlumatına görə, daşqınlar nəticəsində təxminən iki min ev zədələnib və ya tamamilə dağılıb. Qeyd olunur ki, yağışların bir müddət kəsilməsi hakimiyyət orqanlarına bütün əmlakını itirmiş insanlara zəruri malların çatdırılmasına imkan verib. Artıq Şri-Lanka BMT-ə və Cənubi Asiya ölkələrinə təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında kömək üçün müraciət edib. Qeyd edək ki, ilkin məlumatda 122 nəfərin həlak olduğu bildirilirdi.Report

DİGƏR XƏBƏRLƏR

Top