PSJ futbol üzrə Fransa Kubokunun qalibi olub

PSJ futbol üzrə Fransa Kubokunun final matçında "Anje"yə qalib gəlib. Sen-Deninin "Stad de Frans" stadionunda keçirilən görüş 1:0 hesabı ilə "parislilər"in xeyrinə başa çatıb.

Beləliklə, PSJ ardıcıl üçüncü dəfə, ümumilikdə isə rekord sayda – 11 dəfə Fransa Kubokunun qalibi olub. Görüşün 91-ci dəqiqəsində "Anje"nin müdafiəçisi İssa Sissoko topu öz qapısına göndərərək PSJ-yə qələbə gətirib.


Fransa Kuboku. Final
"Anje" - PSJ - 0:1
Qol: 0:1 – Sissoko – 90+1 (avtoqol)

DİGƏR XƏBƏRLƏR

Top