Ərdoğanın göstərişinə əməl edən ilk klub “Qalatasaray” oldu

“Qalatasaray” futbol klubu ev oyunlarını keçirdiyi “Türk Telekom Arena” stadionun adını dəyişdirəcək. “Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, klubun stadionun yeni adı “Əli Sami Yen Spor Kompleksi Türk Telekom Stadionu” olacaq. Bu barədə qərar “Qalatasaray” klubunun İdarə Heyətinin iclasında alınıb. Stadion yeni adına mayın 30-dan etibarən qovuşacaq. Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan stadionlardan arena adının götürülməsi barədə göstəriş vermişdi. “Qalatasaray” göstərişi yerinə yetirən ilk klub oldu.

DİGƏR XƏBƏRLƏR

Top