Putin Ərdoğan iki ölkə arasında strateji tərəfdaşlığı dərinləşdirəcək

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan baş tutmuş telefon söhbəti zamanı Suriya münaqişəsinin nizamlanması üzrə səylərin müxtəlif səviyyələrdə əlaqələndirilməsini genişləndirmək barədə razılığa gəliblər. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətindən məlumat veriblər. Məlumatda qeyd edilir ki, Suriya böhranının müzakirəsi zamanı bu ölkədə təhlükəsizlik zonalarının yaradılması haqqında memorandumun tətbiqinin praktiki aspektlərinin tezliklə razılaşdırılmasının vacibliyi vurğulanıb: “Bu, hərbi əməliyyatların dayandırılması rejimini möhkəmləndirməyə, Cenevrə və Astana formatlarında Suriya danışıqlarının səmərəliliyini artırmağa imkan verəcək”. Kremlin mətbuat xidmətindən bildiriblər ki, iki lider Türkiyə və Rusiya arasında strateji tərəfdaşlığın gələcəkdə dərinləşdirilməsində qarşılıqlı niyyətlərini təsdiq edib: “Bu kontekstdə ticari-iqtisadi sahədə məhdudiyyətlərin qarşılıqlı ləğv edilməsi haqqında razılaşmaların həyata keçirilməsinin gedişinə və energetika sahəsində müştərək iri layihələrin reallaşdırılması məsələlərinə - “Akkuyu” AES-in və “Türk axını” qaz kəmərinin tikintisi – toxunulub”.

DİGƏR XƏBƏRLƏR

Top