"Gürcüstanla Azərbaycanın dostluğu talenin bir qismətidir"

100 il bundan əvvəl baş verən hadisə- iki ölkə tərəfindən müstəqilliyin elan edilməsi Azərbaycanla Gürcüstan arasındakı dostluq münasibətlərinin ən maraqlı səhifələrindəndir. "Yeniavaz.com"un sputnik-georgia.ru-ya istinadən verdiyi məlumata görəi bunu Gürcüstanın və Azərbaycanın müstəqilliyini əldə etməsinə həsr edilən telekörpüdə Şota Rustaveli adına Gürcüstan Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Mamuka Qoqitidze deyib: "Tale bizi min illərdır qonşu edib və biz çiyin-çiyinə yaşamışıq. Bu illər ərzində digər dövlətlərlə müqayisədə çox çətinlikləri dəf etməli, çox sınaqlardan çıxmalı omuşuq. Heç kim bizə qızıl nimçədə nə isə gətirməyib. Biz bütün faciələri birlikdə yaşamışıq. Təsadüfi deyil ki, deyirlər qardaş qardaşla birlikdə güclüdür. Ona görə də bizim qardaşlığımız,dostluğumuz bu gün başlamayıb, bu əsrlərin sınaqlarından keçib gəlib. Gürcüstanla Azərbaycanın dostluğu talenin bir qismətidir. Biz dost kimi də birgə gələcəyə gedirik və getməkdə davam edəcəyik".

DİGƏR XƏBƏRLƏR

Top