"Bilik Festivalı" maraqla qarşılanıb

Mingəçevir "İstək" liseyin təşklatçılığı, Mingəçevir Regional Debat Mərkəzinin dəstəyi ilə "Bilik Festivalı" keçirilib. Festival bütün fənlərdən layihələr və müxtəlif oyun, əyləncəli yarış xarakterli olub. Şagirdlər bir-birindən maraqlı layihələri, təcrübələri, ixtiraları nümayiş etdiriblər. Festivalda Mingəçevir Şəhər İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin nümayəndələri, orta məktəb direktorları və müavinləri, şagirdlər iştirak ediblər. Tədbir hər kəs tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top