Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 8 ölü, 32 yaralı var

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

"Report"un "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 8 nəfər ölüb, 32 nəfər yaralanıb.

Ankara valisi Erkan Topaca yaralılardan 11 nəfərinin vəziyyətinin ağır olduğunu açıqlayıb.

Avtobus Kastamonu vilayətindən Ankaraya hərəkət edirmiş və Kalecik rayonu ərazisində, Çankırı-Çandır yolayrıcında aşıb.

Qəzaya sürücünün sükan araxasında yuxulamasının səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top