ANKA Ermənistana ABŞ-ın yardımını kəsməməsinə çalışacaq

Amerika Erməni Milli Komitəsi (ANKA) ABŞ-ın Ermənistana maliyyə yardımını kəsməsinə qarşı çıxıb. "Yeniavaz.com"un arminfo.am-a istinadən verdiyi məlumata görə, bu barədə The Armenian VVeekly-yə verdiyi müsahibəsində ANKA-nın icraçı direktoru Aram Amparyan deyib. O ABŞ prezidenti Donald Trampın üçüncü ölkələrə maliyyə yardımını azaltmasından narahat olduğunu söyləyərək bunu düşünülməmiş addım adlandırıb: "Biz Konqresdəki dostlarımızla Ermənistana göstərilən maliyyə yardımlarının kəsilməməsi üçün bütün imkanlarımızı və təsr vasitələrimizi işə salacağıq. Ermənistan Suriyadan olan qaçqınlara da yardım göstərir və onlara kömək əlini uzadır. Belə olduğu halda ABŞ-ın Ermənistana maliyyə yardımını azaltması ədalətsizlikdir. ANKA olaraq biz bunu Tramp adiministrasiyası tərəfindən atılan düşünülməmiş addım hesab edirik.Tramp Emənistana maliyyə yardımını nəinki kəsməli, əksinə artırmalıdır".

Xatırladaq ki, prezident Donald Trampın Konqresə göndərdiyi sənəddə 2018-ci ildə ABŞ-ın Ermənistana maliyyə yardımını 67 faiz azaltması nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top